F1 mərhələsi təxirə salınıb

post-img

İtaliyanın şimalında güclü sel və daşqınlar nəticəsində F1 mərhələsi təxirə salınıb.

İtaliyanın şimalındakı Emili­ya-Romanya bölgəsində leysan yağışları nəticəsində baş vermiş güclü sel və daşqınlardan sonra minlərlə sakin təxliyə olunub. Təbii fəlakət nəticəsində 9 nəfərin öldü­yü bildirilir.

İtaliyanın mülki müdafiə naziri Nello Musumeçi yağıntıların illik normanın yarısı qədər olduğunu və 36 saat davam etdiyini, qəsəbələ­rin, əkin sahələrinin su altında qal­dığını bildirib. O vurğulayıb ki, təbii fəlakətlə bağlı bazar günü İmolada keçirilməsi nəzərdə tutulan Formu­la 1 yarışı da təxirə salınıb. Nazir əlavə edib ki, ümumilikdə 37 qəsə­bə su altında qalıb, 120 torpaq sürüşməsi qeydə alınıb. Bolonya şəhərinin yaxınlığındakı körpü də dağılıb, avtomobil yollarının əksə­riyyəti yararsız vəziyyətə düşüb.

İtaliya rəsmiləri Formula 1 Emi­liya-Romanya Qran-Prisinin nə zaman keçiriləcəyi ilə bağlı suala cavab verməyiblər. Güman edilir ki, bu mərhələ cari ildə baş tutma­yacaq.

İdman