“Qarabağ” çempiondur

post-img

Futbol üzrə Azərbaycan çempionatları tarixinin bütün mükafatçıları bəlli olub. 

Medal sayında rekordçu olan “Neftçi” başa çatmaqda olan 2022/2023 mövsümünü üçüncü sıra­da tamamlamağı təmin etməklə, 7-ci dəfə çempionatın bürünc medalına sahib olacaq. Bakılılar 5 dəfə də ikin­ci yeri tutublar. 

Bu mövsüm tarixində 10-cu dəfə qızıl medalları təmin edən “Qarabağ” isə 4 dəfə gümüş, 3 dəfə də bürünc mükafatçı olublar.

İkinci yerin sahibi “Sabah” isə ta­rixində ilk dəfə medal alacaq.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman