İşğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası quraşdırılıb

post-img

İşğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli Beynəlxalq Hava Limanında keçirilən işğaldan azad edilən ərazilərin bərpası üzrə işçi qrupunun iclasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu stansiyalar vasitəsi ilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir.

R.Hümbətov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 203 mobil baza stansiyası da quraşdırılıb.

Sosial həyat