FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu ölkəmizə qayıdıb

post-img

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu martın 2-də təyyarə ilə ölkəmizə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Türkiyəli diplomatlar FHN-in xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.





Sosial həyat