Meyvə həm də piylənmə yaradır

post-img

İnsanların qidalanmasında meyvə çoxluğu orqanizmə mənfi təsir edə bilər. Həddindən artıq meyvə qəbul etmək, xüsusilə, yaşlı və ahıl insanlara ziyandır. Mütəxəssis – dietoloqlar bildirirlər ki, yaşlı insanlara gün ərzində iki meyvədən çox yemək tövsiyə olunmur. Bu qaydanın pozulması yaşlı insanlarda fruktozanın artmasına səbəb ola bilər ki, bu da qaraciyər piylənməsinə gətirib çıxarar. Bu, necə baş verir? 

Növündən asılı olmayaraq eyni, yaxud müxtəlif meyvəni həddindən çox qəbul etdiyimiz zaman orqaniz­mə çoxlu miqdarda fruktoza daxil olur. Qaraciyər həmin fruktozanı kompensasiya etməyə çalışır. Son nəticədə orqan funksiyasını normal yerinə yetirmir və alkoqolsuz hepa­toz, yəni qaraciyər piylənməsi baş­layır və inkişaf edir. 

Bundan əlavə, mütəxəssislər onu da qeyd edirlər ki, çox miqdar­da meyvə və fruktoza nəinki yalnız qaraciyər piylənməsinə, həmçinin artıq çəki və diabet, eləcə də, al­lergiyanın yaranmasına səbəb olur. 

Z.HÜSEYN, “Xalq qəzeti”

Səhiyyə