Ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 12-də və 13-də ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10310 ədəd psixotrop tərkibli həb götürülüb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, bundan əlavə, yabanı halda bitmiş 7009 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat