Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, axtarışda olan 38 yaşlı N.İbrahimov saxlanılıb.
Bundan başqa, rayon ərazisində bir nəfərin bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı R.Feyzullayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ