Səhiyyə Nazirliyi yeni elektron sistemlər istifadəyə verib

post-img

Səhiyyə Nazirliyi dövlət qulluqçusunun “Rəqəmsal iş yeri - İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemləri istifadəyə verib
 
Səhiyyə Nazirliyində dövlət qulluqçusunun Rəqəmsal iş yeri - “İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.

Təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüs dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verir: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal hökumətə keçidin sürətləndirilməsi və iqtisadiyyatın diversifikasiyası məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal səhiyyə ekosisteminin inkişafı ilə bağlı tədbirləri davam etdirir”.

Nazirin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında mühüm rol oynayır. Bildirilib ki, vətəndaşların sağlamlığının, eyni zamanda səhiyyənin təhlili və monitorinqi sisteminin vahid rəqəmsal landşafta inteqrasiyası əhalinin sağlamlığının yaxşılaşdırılması, habelə səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırması üçün əsaslandırılan qərarların qəbuluna dəstək olacaq.

Teymur Musayev, həmçinin qeyd edib ki, tibbi xidmətlərin əlçatanlığının və dəqiqliyinin artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. “Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə nazir fikrini tamamlayıb.

Səhiyyə