Goranboyda yaxşı yerkökü də yetişdirilir

post-img

Goranboyda elə kənd təsərrüfatı məhsulu yoxdur ki, yetişdirilməsin. Bu bir tərəfdən ölkə Prezidentinin əkinlə-biçinlə məşğul olan insanlara hərtərəfli şərait yaratmasının, digər tərəfdən yerli icra orqanları rəhbərlərinin daim onların yanınds olmasl, problemləri ilə maraqlanması, lazımi köməklik göstərməsi ilə əlaqədardır. 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günlərdə  aidiyyəti xidmət sahələrinin rəhbərləri  ilə birgə, Yenikənd kəndində 40 hektarda  becərilən  yerkökü sahəsində olub, burada məhsulun müasir  əkin və suvarma texnologiyası  əsasında becərilməsi vəziyyəti ilə yerində maraqlanıb.

Rayon icra hakimiyyəti belə nümunəvi təsərrüfatların daim təbliği ilə məşğuldur. İnsanları onlara yaradılmış imkanlardan maksimum istifadə etməyə çağırır, fermerləri həmin təsərrüfatlara dəvət edir, göstərir. İndi bu rayonda bir çox təsərrüfatlar dünənki köhnə iş üsulu ilə işləyən təsərrüfatlar deyil.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri







Sosial həyat