Ərdoğan: “Terrorsuz Türkiyə” mesajımız hədəfinə çatır

post-img

Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan Qızılcahamamda partiyanın “32-ci Müşavirə və Qiymətləndirmə Toplantısı”nda yekun nitqi söyləyib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı çıxışında “Terrorsuz Türkiyə” prosesinin xüsusi əhəmiyyətini bir daha vurğulayıb. Onun sözlərinə görə, hökumətin uzunmüddətli səyləri öz bəhrəsini verib, terror təşkilatı silahı yerə qoyur, bu addım təkcə Türkiyəyə deyil, bütün region ölkələrinə fayda və sabitlik gətirəcək.

“Düşmənlərimizə qorxu salan, dost və qardaşlarımızı arxayınlaşdıran “Terrorsuz Türkiyə” mesajımız öz hədəfinə çatıb”, - deyə prezident vurğulayıb.

O, xalqın dəstəyinə ümid etdiyini bildirib və bütün siyasi partiyaları ölkə parlamentinin həyata keçirəcəyi prosesə dəstək verməyə çağırıb.

Ərdoğan deyib: “Ölkəmiz üçün yeni dövrün qapıları açılır. Biz Türkiyənin yüz illiyi ilə bağlı vizyonumuzu addım-addım reallaşdırırıq”. 

P.ƏMİRCANOV
XQ

Dünya