Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Sultan Kamaletdinovun rəsmi dəvəti ilə Astanada rəsmi səfərdə olub.
Məlumatı “Anadolu” verib.
Türkiyə Silahlı Qüvvələrinin sosial şəbəkələrdə rəsmi səhifəsində dərc olunan məlumata görə, Qazaxıstanın paytaxtında general Gürakın şərəfinə hərbi təltif mərasimi keçirilib.
Səfər çərçivəsində Kamaletdinov ilə ikitərəfli və geniş tərkibdə danışıqlar aparılıb, daha sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qazaxıstanın müdafiə naziri, general-mayor Dauren Kosanov tərəfindən qəbul edilib.
Səfər çərçivəsində general Gürak Vətən Müdafiəçiləri abidəsi önünə əklil qoyub, Qazaxıstan Hərbi Universitetində olub, həmçinin Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu və Qazaxıstanın hərbi attaşesi ilə görüşlər keçirib.
P.ƏMİRCANOV
XQ