“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi öz işinə başlayıb. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək keçirilən konqresin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçıları­na ünvanladığı məktubunu oxuyub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezi­dent İlham Əliyevin konqres ilə bağlı mək­tubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib. “Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdiril­məsində rolundan danışıb: “Ulu öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kad­rların yetişdirilməsinə böyük önəm verib. Mən də həmin şanslı gənclərdən olmu­şam. Bu gün bir çox xəstəxanaların rəh­bərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var”. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli­yinin İdarə Heyətinin sədri Zaur Əliyev tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi mütəxəssislər tərəfindən beynəlxalq təcrü­bənin öyrənilməsi və sözügedən sahədə yeniliklərin müzakirəsinin vacibliyini vurğu­layıb: 

Səhiyyə nazirinin müavini Rasim İs­mayılov Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər sala­raq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında ümummilli liderin rolu əvəzolunmazdır. Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçi­rilən iqtisadi siyasət nəticəsində Azərbay­can bölgənin aparıcı dövlətinə çevrilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Bir­liyinin icraçı direktoru Vüqar Qurbanov konqresin azərbaycanlı həkimlərə dünya­nın qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaratdığını deyib. 

“Bakı Ürək Günləri” Beynəlxalq Konq­resinin fəxri qonağı, vaxtilə Klivlend klini­kasında ulu öndərin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Ürək və Damar Cərrahiy­yəsi Cəmiyyətinin sədri, professor Kam­ran Musayev konqresin keçirilməsində əsas məqsədin Azərbaycanda kardio­logiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəs­sislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yenilikləri müzakirə etmək olduğunu deyib. O, qeyd edib ki, konqresdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir və konqresin rəsmi açılış mərasimin­dən sonra ürək-damar xəstəlikləri, onların müalicəsindəki ən aktual məsələlər müza­kirə ediləcək. 

Qeyd edək ki, konqres elmi hissə ilə davam edir.



Səhiyyə