Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 178 Bakı şəhəri, 2 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəa­liyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdı­rılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirlə­ri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 noyabr tarixli 1883 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39; 2014, № 7, maddə 935; 2015, № 1, maddə 63, № 5, maddə 670; 2018, № 4, maddə 823; 2019, № 4, maddə 755) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsu­siyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeyd­lər”inin 5-ci hissəsində “və 9-cu (partla­yıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) bəndlərində” sözləri “hissələrində” sözü ilə, “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə, “3-cü bəndinə” sözləri “3-cü hissəsinin birinci abzasına” sözləri ilə əvəz edilsin və həmin hissəyə “səhmdar cəmiyyətlə­ri tərəfindən” sözlərindən sonra “, əlavə Şərtlərin 9-cu (partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) hissəsində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyə­si isə həmin Fərmanın 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cə­miyyətləri, habelə Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəs­sisələr tərəfindən” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları