Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 177 Bakı şəhəri, 1 iyun 2023-cü il
“Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 422 nömrəli Qərarının ləğv edilməsi haqqında
“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2144 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 422 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1887; 2018, № 5, maddə 1117, № 9, maddə 1931) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri