Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 176 Bakı şəhəri, 1 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya siste­mi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

“Elektron hökumət sahəsində idarə etmənin təkmilləşdirilməsi və Azərbay­can Respublikası Prezidentinin “Azər­baycan Respublikasının Prezidenti ya­nında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəet­mənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumə­tin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət infor­masiya ehtiyatları və sistemlərinin for­malaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişik­lik edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının 4.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1511; 2022, № 12, maddə 1557) ilə təsdiq edilmiş “ASAN müra­ciət” informasiya sistemi haqqında Əsas­namə”nin 1.3-cü bəndində “Elektron Hö­kumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsdir” sözləri “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdir” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları