Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 173 Bakı şəhəri, 31 may 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Döv­lət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əm­lakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlə­rinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 6 fevral tarixli 38 nömrəli və “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan is­tifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edil­məsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və struk­turunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”­nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazir­liyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respubli­kası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin, “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisa­diyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbay­can Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin və “Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilmə­si və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti­nin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağ­lı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlə­rinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləş­dirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının 4.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2019-cu il 6 fevral tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2019, № 2, maddə 336, № 3, maddə 560; 2022, № 6, maddə 685) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edil­sin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün döv­lət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilmə­li olan informasiya sistemlərinin Siyahısı”nın 1-ci hissəsində “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri “Azər­baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

2. “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının for­malaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1535; 2021, № 7, maddə 866) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edil­sin;

2.2. həmin Qərarla təsdiq edilmiş “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan is­tifadə Qaydaları” üzrə:

2.2.1. 1.4-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi­dir” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir” sözləri ilə, 1.5-ci bənddə “Əmlak Məsələlə­ri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.8.1-ci yarımbənddən “, Azərbaycan Respubli­kasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əm­lak Məsələləri Dövlət Komitəsi” sözləri, 1.8.2-ci və 1.8.3-cü yarımbəndlərdən “, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın;

2.2.3. 3.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli­yi” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları