Drezdendə Azərbaycana həsr olunmuş fotosərgi açılıb

post-img

Almaniyanın Drezden şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycana həsr olunmuş fotosərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin, Drezdendəki “House of Resources” təşkilatının və “Ukraina evi”nin birgə dəstəyi ilə keçirilən sərgidə Azərbaycan rəssamlarının təsviri sənət əsərlərini, ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni, dini irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Cəmiyyətin sədrləri Alseyin Babayev və Yuliana Şneyderman çıxış edərək, qonaqlara Heydər Əliyevin mədəniyyət və incəsənətə həssas münasibəti, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dinamik inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. Azərbaycanın rəssamlıq məktəbinin korifey sənətkarları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, müasir dövrün tanınmış rəssamları Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqət cəlb edilib.

Tədbirin zamanı Azərbaycana həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ifa olunub.

Sərgi bir ay davam edəcək.









Mədəniyyət