Aztəminatlı ailələrə dəstək mexanizmi

post-img

Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında belə bənd var: “Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması”. Hazırda həmin bəndin icrası məqsədilə hər hansı böhran vəziyyətində (iqtisadi böhran, pandemiya, sel, daşqınlar və s.) aztəminatlı ailələrin və həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması mexanizmi hazırlanır. 

Bununla əlaqədar beynəlxalq ekspert və aidiyyəti qurum­ların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kə­rimov ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib. 

Bildirilib ki, qeyd edilən mexanizmin yaradılması prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi ara­sında görüş keçirilib. 

Xatırladaq ki, ötən ilin oktyabr ayında da “Sosial Müda­fiə və Uşaq müdafiəsi üzrə Birgə Fəaliyyət Planı”na əsasən UNICEF tərəfindən dəvət olunan sahə üzrə ekspert Şarlin Ramkisunun iştirakı ilə aidiyyəti dövlət qurumlarının əmək­daşları ilə görüşlər keçirilmişdi. Görüşlərin nəticəsi olaraq ilkin hesabat sənədi hazırlanaraq aidiyyəti qurumlara gön­dərilmişdi.

Hazırda keçirilən görüşdə sözügedən mexanizmin hazır­lanması istiqamətində atılacaq növbəti addımlara dair aidiy­yəti qurumlarla birgə müzakirələr aparılıb.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Mədəniyyət