Paytaxtın yeni bərpa mərkəzi

post-img

Paytaxtın Nərimanov rayonunda Sosial Xidmətlər Agentliyinin yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Müəssisədə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək. 

Mərkəzin açılışında Sosi­al Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas əhali qruplarından olan şəxslərə göstərilən dövlət qayğı­sından bəhs edib. 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun ola­raq həssas qrupların sosial mü­dafiəsi tədbirləri mütəmadi olaraq gücləndirilir, sosial xidmətlər sis­teminin əhatə dairəsi genişləndiri­lir. Agentlik hazırda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri həm stasionar, həm də səyyar formada so­sial xidmətlərlə təmin edir. 

Daha əvvəl açılışı olan Abşeron və Sabunçu rayonundakı Sosial Xidmət mərkəzlərində bu kateqoriyadan olan 500-dək uşağın reabilitasiyası işləri aparılıb. Hazırda həmin müəssisələr­də 139 uşaq müvafiq xidmətlərlə təmin edilir. 

Yeni ixtisaslaşmış mərkəzin xid­mətlərindən yarımstasionar for­mada 3–11 yaş qrupuna aid əlilliyi olan uşaqlar bəhrələnə­cək. Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabili­tasiya xidmətləri təşkil edilmə­si, eyni zamanda, valideynlərin müvafiq təlimlərə cəlb olunması nəzərdə tutulub. 

Qeyd edilib ki, mərkəz ay ər­zində 80 nəfər uşağa keyfiyyətli reabilitasiya xidmətləri göstəril­məsi üçün xüsusi avadanlıq və ləvazimatlarla da təchiz edilib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat