Davamlı sosial islahatların uğurları

post-img

DOST Agentliyində “2018–2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. 

Bildirilib ki, dövlət başçısının tap­şırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub. Dörd milyon­dan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, mini­mum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əmək­haqqında 2,1 dəfə, əməkhaqqı fondun­da 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödə­nişlərində 5 dəfə, ünvanlı sosial yar­dımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da ge­nişləndirilib. Həmin 4 sosial islahat pa­keti üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxt­dan 6 DOST Mərkəzi, habelə Zən­gilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əli­yevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çe­vik, tam şəffaf şəkildə təqdim edildi­yi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq sə­viyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrən­məyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilmə­si işləri diqqətə çatdırılıb.

Bildirilib ki, 2018–2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təmina­tı proqramı 5 dəfə genişlənib, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müha­ribə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumi­likdə ötən dövrdə 7500-dən çox avto­mobil verilib. 

2018–2023-cü illərdə əmək müqa­vilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olduğu, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyinin tabeliyindəki Dövlət Məşğul­luq Agentliyi tərəfindən 400 min nəfə­rin işlə təmin olunduğu, 62 min nəfərin özünüməşğulluq proqramına cəlb olu­naraq onlar üçün kiçik ailə təsərrüfatla­rı yaradıldığı, proqrama cəlb olunanla­rın illik sayının 14 dəfə artaraq 16 mini ötdüyü, 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlı­ğına cəlb edildiyi diqqətə çatdırılıb. 

2018-ci ildən sonrakı dövrdə na­zirliyin 12 reabilitasiya və sosial xid­mət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığı bildirilib. Qeyd olunub ki, yaxın aylarda Şamaxıda Psixonev­roloji Sosial Xidmət Müəssisəsi, Şəm­kirdə Uşaq Reabilitasiya Mərkəzi açı­lacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib. 

Qeyd olunan dövrdə nazirliyin müəssisələrində 104 min şəxsə reabi­litasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilli­yi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xid­mətlər, günərzi, icma əsaslı reabilitasi­ya mərkəzləri şəbəkəsi genişləndirilib. 

Son beş ildə sosial sahədə geniş elektronlaşma proqramının icra olun­duğu, nazirliyin 153 xidmətindən 140-dan çoxunun elektronlaşdırıldığı bildiri­lib. Həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciət, nazirliyin e-sistem­lərinə 572 milyon sorğu və müraciət qeydə alındığı, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verildiyi diqqətə çatdırılıb. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli fərmanı ilə yaradılan “e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edildiyi bildirilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexaniz­mi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirildiyi, 692 min fərdi hesabın e-qaydada açıl­dığı qeyd olunub. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 bey­nəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiy­mətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib. 

Mətbuat konfransında sosial sahə­nin digər istiqamətləri üzrə görülən iş­lər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, jurnalistlərin sualları cavab­landırılıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Sosial həyat