“Heydər Əliyev və musiqi mədəniyyəti”

post-img

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev ili” çərçivəsində tədbirlər silsiləsindən qurumun ərsəyə gətirdiyi “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət iş­çisi Səadət Təhmirazqızının tərtib­çi-müəllifi olduğu kitabın məsləhət­çi və rəyçisi ABİ sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyev­lə bağlı gənclik illərinin xatirələrini dilə gətirib. Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmə­dov “Heydər Əliyev və Azərbay­can mədəniyyəti”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Heydər Əliyev və mu­siqi mədəniyyəti” kitabı haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Heydər Əli­yev və Azərbaycan Bəstəkarlar İtti­faqı”, L.və M.Rostropoviçlər ev-mu­zeyinin icraçı rəhbəri Günay Əliyeva “Siyasəti və mədəniyyəti birləşdirən iki dahi şəxsiyyət: Heydər Əliyev və Mstislav Rostropoviç” mövzuların­da məruzə ediblər. Görkəmli döv­lət xadimi, müdrik siyasətçi Heydər Əliyevin universal insan, şəxsiyyət kimi elmə, mədəniyyətə, o cüm­lədən musiqiyə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan ətraflı danışıblar. 

Mərasimdə maraqlı musiqi par­çaları, video və foto slaydlar bir-bi­rini əvəz edib. “Qafqaz media” ic­timai birliyi Səadət Təhmirazqızını “Heydər zirvəsi – 100” diplomu və medalı ilə mükafatlandırıb. Sonda Firəngiz Əlizadənin öz sözlərinə bəstələdiyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Or­kestri və Azərbaycan Dövlət Xor Kapellasının ifa etdiyi “Zəfər mar­şı”nın lent yazısı səslənib. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət