Həmyerlimiz – tanınmış şair-tərcüməçi Akif Əhmədgilə Qazaxıstan Yazıçılar Birliyinin “Alaş” beynəlxalq ədəbi mükafatı verilib.
Qazax ədəbiyyatının yorulmaz təbliğatçısı olan Akif Əhmədgil Oljas Süleymenovun “Az i Ya”, “Kuman nəğməsi” (Elxan Zal Qaraxanlı ilə birlikdə), “Tanrının təbəssümü”, Uluğbəy Esdövlətin “Uluğbəy küçəsi” kitablarını, Marcan Cumabayevin şeirlərini dilimizə çevirib. O, hazırda O.Süleymenovun “Xəzər Albaniyası” adlı linqvistik novellalar toplusunu tərcümə edərək çapa hazırlayır.
Beynəlxalq mükafatı Akif Əhmədgilə QYB-yə uzun müddət rəhbərlik etmiş tanınmış şair Uluğbəy Esdövlət təqdim edib.
Ə.ƏLİYEV, “Xalq qəzeti”