Erməni separatizminin ideoloqu Zori Balayan öldü

post-img

Azərbaycana qarşı ərazi iddiaları ilə tanınan bədnam yazıçı 91 yaşında canını tapşırıb. Bu barədə “Armenpress” onun oğlu Ayk Balayana istinadla məlumat yayıb. 

Erməni terrorizminin “parlaq” ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri sayılan Zori Balayan ötən əsrin 80-ci illərinin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında “məşhurlaşmışdı”. Birinci Qarabağ müharibəsinə gətirib çıxaran separatçı hərəkatın təşəbbüskarlarından və “Miatsum” şüarının müəlliflərindən biri olan Z.Balayan həmin kitabda tarixi faktları təhrif edərək, Qarabağın guya qədim dövrlərdən erməni torpağı olduğunu iddia edirdi. Saxtakar yazıçı, həmçinin öz cızmaqarasında türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın tarixi düşməni kimi qələmə verirdi.

Bəzi ehtimallara görə, bu daşnak törəməsi 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun da sifarişçilərindən biri olub.

Atasının ölümü ilə bağlı Ayk sosial şəbəkədə profilində belə bir paylaşım edib: “Papa Can, sən Pasxa - bazar günü birbaşa Allahın hüzuruna getdin. Ruhun qartal kimi səmada azad və dinc uçsun”. Zorinin çirkaba bulaşmış cinayətkar ruhunun hansı səmanın səmtinə üz tutduğunu deyə bilmərik, amma onun Allahın hüzurunda yeri olmadığı məlumdur. Vədəsi yetişəndə onun adının həm O Gözəgörünməz, həm də ermənilərin özləri tərəfindən lənətlənəcəyi birmənalıdır.  

XQ

 

 

Siyasət