100 yaşlı kitabxana

post-img

Bu gün ölkənin əsas kitabxanası olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranmasından 100 il ötür.

1923-cü ilin bu günü yaradılan kitabxanada, 1906-1931-ci illərdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı, “Azərbaycan Kasıb kəndlisi” və “Qafqaz bülleteni”nin nəşrləri, qədim tarixi olan kitablar, müxtəlif elm sahələrinə aid dərsliklər və s. qorunub saxlanır. 

Burada eyni zamanda Azərbaycanın kitabxanaçılıq tarixində dövlət siyasətini həyata keçirən milli nəşrlər, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsulları,  Azərbaycan müəlliflərinin əsərləri və digər nəşrlər toplusu mühafizə olunur.

Kitabxanada, həmçinin oxuculara imkan verilir ki, onlar istədikləri materialı rahat şəkildə tapa bilsinlər. Bunun üçün elektron kataloq sistemi də yaradılıb. Sistemdən istifadə isə çox rahatdır. Kitab haqqında məlumatları daxil edirsən, növbəli sistem vasitəsilə istədiyin kitabı sənə təqdim edirlər.

Nizami Gəncəvi, Səməd Vurğun, Şota Rustaveli, Aleksandr Puşkin kimi dahi yazarların heykəlləri isə binanın fasadına xüsusi gözəllik verir. Onların sırasında XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvinin də əzəmətli heykəli var. 

Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binası 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuşdur. Binanın layihəsi tanınmış Azərbaycan Sovet memarı və tarixçisi Mikayel Useynova  məxsusdur.

Binanın yerinin seçilməsində və tikilməsində isə yazıçı Süleyman Rəhimovun böyük xidməti olmuşdur.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Mədəniyyət