Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları başlayıb. “Bayıl Arenada” təşkil olunan açılış matçında Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər. Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb–3:0. Komandamızın oyunçularından Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev fərqləniblər.
Dünən keçirilən digər oyunlarda İsrail Ukraynanı (2-0), Niderland isə Belçikanı (5-0) məğlub edib.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.
Qabil YUSİFOĞLU
XQ