Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Şimali Kipr liderinin şənbə günü sosial şəbəkədəki paylaşımında deyilir: “Dost Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Əziz qardaşım Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Türk Kipr xalqının sevgisini, salamlarını və təbriklərini çatdırıram”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara