Mahir Emreli gedəcəkmi?

post-img

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Almaniyanın “Kayzerslautern” klubundan ayrıla bilər. Yaxın günlərdə 28 yaşlı hücumçu ilə klub rəhbərliyi arasında görüş keçiriləcək. İclasda forvardın heyətə düşə bilməməsinin səbəbləri müzakirə olunacaq.

İddiaya görə, fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmasa, qarşılıqlı razılıq əsasında yollar ayrılacaq.

Qeyd edək ki, Mahir Emreli cari ilin yayında “Keyzerslautern”lə 3 illik müqavilə imzalayıb.

Qabil YUSİFOĞLU
XQ

İdman