Milli Kitabxanada “18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan XQ-yə verilən məlumata görə, virtual sərgidə müstəqilliyin bərpası və suverenliyin təmin edilməsi, dövlətçilik tarixinin mühüm mərhələləri, müstəqil və suveren Azərbaycanın reallıqları, ölkəmizin müstəqillik tarixi, Dövlət Müstəqilliyinin Bərpası Günü haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Azərbaycanın müstəqillik uğrunda apardığı tarixi mübarizə və bu yolda baş verən əsas siyasi hadisələri təhlil edən, xalqın azadlıq iradəsini geniş şəkildə işıqlandıran ictimai-siyasi proseslər, Azərbaycanın dövlətçilik tarixi və müstəqil dövlət quruculuğunun əsasları, müstəqilliyimizin bərpasının nəticələrini əhatəli şəkildə təqdim edən Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.