FHN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

post-img

Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib.

Yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayraq zirvədə dalğalandırılıb.









Maraqlı