Məhsa Əmininin məzarına qarşı vandallıq

post-img

Ötən ilin sentyabrında polis zorakılığına məruz qalan və həyatını itirən iranlı qadın Məhsa Əmininin məzarına qarşı vandallıq edilib.

BBC telekanalı xəbər verir ki, Məhsa Əmininin Saqqız şəhərindəki Açı qəbiristanlığında yerləşən məzarının başdaşı üzərin­dəki şüşə lövhə naməlum şəxslər tərəfindən sındırılıb. Bununla bağlı məlumatı və fotoşəkli instaqram sosial şəbəkəsində onun qarda­şı yayıb və bildirib ki, bu, bacısının məzarına qarşı törədilən ikinci vandallıqdır. Əşkan Əmini vandallara müraciət edərək yazıb ki, onlar bacısının qəbirüstü fotoşəklini dəfələrlə silsələr də, onun ailəsi başdaşını bərpa edəcək.

Xatırladaq ki, Tehranın əxlaq polisi tərəfindən başını örtmədiyinə görə həbs edilən 22 yaşlı Məhsa Əmininin zorakılığa məruz qalması və həyatını itirməsi İran­da hakimiyyətə qarşı kütləvi iğtişaşlara səbəb olmuşdu.

Son xəbərlər