4 il uzanan ölüm hökmü

post-img

“Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab 4 ildir edam hökmü altındadır.

“Tasnim” agentliyinin yaydığı məlu­mata görə, bu hökm yenidən qüvvədə saxlanılır. Son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb. Belə ki, məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticə­sində Çaabın edam hökmünün qüv­vədə qalması və yekun elan edilməsi barədə qərar qəbul edib. O, separatçı qruplaşmaya rəhbərlik etməkdə, həm­çinin Xuzistan əyalətində (İslam Res­publikasının cənub-qərbində) “çoxsay­lı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.

Xatırladaq ki, Çaabın rəhbərlik etdiyi “Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı” 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirib. Agentliyin yaydığı mə­lumata görə, bu hadisələrdə 25 insan həlak olub, 269 nəfər yaralanıb.

H.RƏHİMZADƏ

Son xəbərlər