“Hərəkət edən tabut”lar

post-img

İranda iki həftə ərzində aparılan araşdırmada yollarda baş verən qəzalar nəticəsində 871 nəfərin həyatını itirdiyi məlum olub.

Avtoqəzalarda həlak olanların yarı­dan çoxu İranda yığılan və yerli isteh­sal sayılan “Pride” və “Peugeot” avto­mobillərinin sürücü və sərnişinləridir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf millət vəkillərinin tənqid­lərinə cavab olaraq, ölkədə avtomobil istehsalında ciddi çatışmazlıqların ol­duğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkə­də istehsal edilən yerli avtomobillərə “hərəkət edən tabut” adı veriblər.

R.GƏNCƏLİ

Son xəbərlər