“Xiaomi” yeni televizor təqdim edib

post-img

“Xiaomi” şirkəti Mi TV A75 Competitive Edition adlı yeni 4K televizorunu təqdim edib. Həmin televizor 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K UHD keyfiyyətli 75 düym ekran ilə təchiz olunub. Televizorun gövdəsi metal materialdan hazırlanıb və ekranı maksimal dərəcədə nazik çərçivələrə malikdir. 

Şirkətin verdiyi məlumata əsasən ek­ran televizorun ön panelinin 97,7 faizini əhatə edir. Televizorun internetə qoşulma­sı üçün ona Wi-Fi 5 adapteri quraşdırılıb. Bununla yanaşı, Mi TV A75 Competitive Edition iki ədəd USB və iki ədəd HDMI gi­rişə sahibdir. Televizor 4 ədəd Cortex-A32 nüvəsinə sahib prosessor, 2 GB RAM və 32 GB daxili yaddaş həcmi ilə təchiz olu­nub. Mi TV A75 Competitive Edition Çin bazarında artıq satışa çıxarılıb.

Z.BAYRAM, “Xalq qəzeti”

Son xəbərlər