Çinin sonuncu imperatoru Pu İyə məxsus “Patek Philippe” saatı Honkonqda keçirilən hərracda 5,1 milyon dollara satılıb.
“Reference 96 Quantieme Lune” adlı saatın ümumi qiyməti 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon dollar) təşkil edib.
Hərrac zamanı saatla yanaşı, imperatorun digər şəxsi əşyaları - yelpik, kitabça, həmçinin onun qohumlarından birinin rəsmləri də satışa çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl hərracda satılan ən bahalı saat Misir şahzadəsi Məhəmməd Əli Paşaya məxsus olub. 1946-cı il istehsalı olan “Patek Philippe” saatı 2021-ci ildə 9,5 milyon dollara satılıb.
F.HÜQUQQIZI, “Xalq qəzeti”