“Xiaomi” şirkəti Mi TV A75 Competitive Edition adlı yeni 4K televizorunu təqdim edib. Həmin televizor 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K UHD keyfiyyətli 75 düym ekran ilə təchiz olunub. Televizorun gövdəsi metal materialdan hazırlanıb və ekranı maksimal dərəcədə nazik çərçivələrə malikdir.
Şirkətin verdiyi məlumata əsasən ekran televizorun ön panelinin 97,7 faizini əhatə edir. Televizorun internetə qoşulması üçün ona Wi-Fi 5 adapteri quraşdırılıb. Bununla yanaşı, Mi TV A75 Competitive Edition iki ədəd USB və iki ədəd HDMI girişə sahibdir. Televizor 4 ədəd Cortex-A32 nüvəsinə sahib prosessor, 2 GB RAM və 32 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Mi TV A75 Competitive Edition Çin bazarında artıq satışa çıxarılıb.
Z.BAYRAM, “Xalq qəzeti”