Cənubi Koreya orbitə 8 peyk çıxaracaq

post-img

Cənubi Koreya kosmos proqramı çərçivəsində özünün milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin üçüncü buraxılışına hazırlaşır.

Raketdaşyıcının buraxılışı Naro kos­modromunda yerli vaxtla saat 18:24-ə planlaşdırılıb. Çəkisi 200 ton olan raketin 8 peyki orbitə çıxarması gözlənilir. Bunlar­dan biri şərti peyk, biri raketin imkanları­nı test etmək üçün nəzərdə tutulan peyk, digərləri isə ən son nəsil müxtəlif təyinatlı peyklərdir.

Cənubi Koreyanın Elm və İnformasi­ya-Kommunikasiya Texnologiyaları Nazir­liyinin məlumatına əsasən, son yoxlama işləri başa çatıb, hava raketin buraxılışı üçün əlverişlidir.

Son xəbərlər