İlk səudiyyəli qadın kosmosa göndərildi

post-img

“Axiom Space”-in rəhbərlik etdiyi Beynəlxalq Kosmik Stansiyaya (BKS) ABŞ-ın cənubundakı Florida ştatından ilk qadın kosmonavt göndərilib. 

Döş xərçəngi tədqiqatçısı Rayyanah Barnavi kosmosa səyahət edən ilk səudiyyəli qadındır. Onunla bərabər, həmyerlisi, hərbi pilot Əli əl-Qarni də kosmosa yola salınıb.

Onlar kosmik gəmidə tədqiqat aparacaqlarını və təc­rübələrini yaxın dostları ilə bölüşəcəklərini deyiblər. 

“Axiom Mission 2 (Ax-2)” heyəti bazar günü yerli vaxt­la saat 17:37-də Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən “Spa­ceX Falcon 9” raketi ilə hava­ya qalxıblar.

On gün tədqiqat apar­maları nəzərdə tutulan eki­paj üzvləri bazar ertəsi saat 09:25-də kosmik stansiyaya eniş ediblər. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Son xəbərlər