Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 23-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 14-18°, gündüz 24-29° isti olacaq. Atmosfer norma daxilində 760 mm civə sütunu,nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.
Q.QASIMOV, “Xalq qəzeti”

