Milli Məclis sədrinin müavini Adil Əliyev Türkiyənin Iğdır və Qars vilayətindədir

post-img

Vitse-spiker qəzetimizə açıqlamasında bildirib ki, qardaş Türkiyəyə səfər bu gündən başlayır. Onun sözlərinə görə, Türkiyədə səfərdə olan parlament nümayəndə heyəti və ictimaiyyət nümayəndələri ilk olaraq Iğdır vilayətində Soyqırım abidəsini və muzeyini ziyarət ediblər. 

“Ermənilər tərəfindən 1915-1920-ci illərdə törədilən soyqırım zamanı şəhid edilmiş qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik. Bu gün dünyada Azərbaycan - Türkiyə qədər dünyada bir-birinə yaxın olan iki qardaş ölkə tapmaq mümkün deyil, ölkələrimiz arasındakı dostluq artıq müttəfiqliyə çevrilmişdir”.

Adil Əliyevin sözlərinə görə, nümayəndə heyətimiz hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İğdır təşkilatını ziyarət edib. İl başqanı Ali Kemal Ayazla mövcud vəziyyət, ölkələr arasında qarşılıqlı dostluq və mütəffiqlik haqqında bəhs edilib: “Məhz bir millət, iki dövlət olan xaqlarımız arasında uzun illərə söykənən münasibətlərdən bəhs edərək, bu münasibətlərin dövlət başçılarımızın timsalında dərinləşdiyini və ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirdim. Sonda İğdır İl Başqanlığı binasının qarşısında xatirə şəkli çəkildi. Bundan əlavə, İğdır vilayətində nümayəndə heyəti ilə birlikdə İğdır valiliyini ziyarət etdik. Vali Hüseyn Engin Sarıibrahimlə keçirilən görüşdə ölkələrimiz arasında çox əsrlik münasibətlərdən, tarixi dostluq və  qardaşlıqdan  bəhs etdik”. 

Anar ƏLİ,

“Xalq qəzeti”



Son xəbərlər