ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatı ölkəmizdə etirazla qarşılandı

post-img

Dünən Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən bu günlərdə açıqlanan dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına qarşı etiraz bəyanatı yayıb. Sənəddə deyilir: 

“Bu yaxınlarda ABŞ Dövlət Depar­tamentinin rəsmi saytında 2022-ci il üzrə beynəlxalq dini azadlıqla bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub. Hesabatda ölkəmizin dini və mədəni obyektlərin, xüsusilə də bu yaxınlarda Ermənistanın nəzarətindən azad edilmiş ərazilərinin mühafizəsinə səhlənkar yanaşıldığı göstərilir. Bu, təəssüf doğuran təhrifdir.

Azərbaycanın işğal olunmuş əra­zilərinə vurulan zərərə və dağıntılara, xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar tamamilə dağıdıl­ması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqları­mız vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib. 

Necə olur ki, bizim həmişə azadlıq və demokratiya çırağı kimi qəbul etdi­yimiz ABŞ heç vaxt bu hərəkətlərdən narahat olmayıb. ABŞ dini fanatiklərin əməllərindən əziyyət çəkdi. Bu ölkə dinindən asılı olmayaraq, “Allahın dö­yüşçüləri”nin gətirdiyi dəhşətlərdən xə­bərdardır. Ancaq görünən odur ki, BMT ölkəmizi öz vətəndaşlarını qorumaq əz­minə görə ittiham edir”.

Bəyanatın sonunda qeyd edilir ki, ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç nə haqq qazandıra bilməz. Ancaq məsələ ondadır ki, Azər­baycan tərəfindən heç vaxt belə bir ad­dım atılmayıb: “Biz Azərbaycanın istə­nilən dini və ya mədəni irsini qoruyub saxlamağa sadiqik. Bununla belə, biz heç kimə tariximizi təhrif etməyə, yeni­dən yazmağa imkan verməyəcəyik”.

“Xalq qəzeti”

Son xəbərlər