Özbəkistanda Ümumxalq səsverməsi-referendum keçirilib

post-img

Aprelin 30-da Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Ümumxalq səsverməsi-referendum keçirilib.

Referendumda dünyanın 50-dən artıq ölkəsini və 14 beynəlxalq təşkila­tı təmsil edən 400-dən çox beynəlxalq müşahidəçi iştirak edib. 

Azərbaycan Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycan Milli Məclisinin deputatları Ağalar Vəliyev, Cavanşir Paşazadə və Malik Həsənov referendumu Daşkənd şəhərində və bölgələrdə izləyiblər. Azər­baycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də referendumu müşahidə ediblər.

Özbəkistan Mərkəzi Seçki Komissi­yasının sədri Zayniddin Nizamxocayev mayın 1-də Daşkənddə keçirilən bri­finqdə bildirib ki, səsverməyə 16 mil­yon 673 min 189 seçici qatılıb ki, bu da səsvermədə iştirak edən əhalinin 84.54 faizi deməkdir.

Beləliklə, referendum baş tutmuş hesab olunub.

Referendumda Konstitusiyada mad­dələrin sayı 128-dən 155-ə qaldırılıb, bu da əsas qanunun 65 faizinin yenilən­məsi deməkdir.

Konstitusiyaya edilən əsas düzəliş­lər Özbəkistan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, Ali Məclis Senatındakı senatorların sayının 100-dən 65-ə endirilməsi və digər mad­dələrdir. 

Səfər çərçivəsində Məzahir Pə­nahov Zayniddin Nizamxocayev və di­gər rəsmi şəxslərlə görüşlər keçirib. 

 

Qulu KƏNGƏRLİ

Daşkənd



Son xəbərlər