Bu günə olan hava proqnozu

post-img

Mayın 2-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış ya­ğacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 9-14°, gündüz 15-20° isti ola­caq. Atmosfer təzyiqi 760 mm civə sütunun­dan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə, axşam əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-12°, gün­düz 20-25° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy ra­yonlarında bəzi yerlərdə arabir yağıntılı ola­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli intensiv və güclü olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağa­cağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6°, gündüz 6-11°, bəzi yerlərdə 14° isti olacaq. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında ara­bir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlər­də leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gün­düz 5-10° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə leysan xarakterli intensiv ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11°, gündüz 17-22° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şa­maxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə ley­san xarakterli intensiv və güclü olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10°, gündüz 15-20°, dağlarda gecə və gündüz 2-6° isti olacaq. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zər­dab, Salyan, Neftçala rayonlarında bəzi yer­lərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsə­cək. Gecə 9-14°, gündüz 18-23° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə leysan xarakterli intensiv və güclü ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 9-12°, gündüz 15-20°, dağlarda gecə 7-10°, gündüz 12-14° isti ola­caq. 

                 

 

Ekologiya