“Samsung” “Play Store” ilə vidalaşırmı?

post-img

“Google” şirkəti uzun illərdir ki, “Play Store” ilə müzakirələrin mərkəzindədir. “Android” istifadəçilərini monopoliya altına aldığı deyilən şirkətə yeni rəqib hazırlanır. “Samsung” tərəfindən dəstəklənən Hindistanın rəqəmsal ödənişlər şirkəti “Play Store”un yeni rəqib layihəsi üzərində işləyir. Bu barədə xəbəri “cnbc” saytı verib.

Rəqəmsal ödənişlər və maliyyə xid­mətləri şirkəti “PhonePe”, “Google Play Store” dominantlığına meydan oxumaq üçün yeni alternativ proqramlar hazırla­yır. Yeni layihə hindistanlı istifadəçiləri vahid platformada bir araya gətirməyi hədəfləyir. Rəqib proqram “IndusOS” əməliyyat sisteminə əsaslanacaq. “Samsung” tərəfindən dəstəklənən proqramda “yüksək səviyyəli lokallaş­dırılmış” tətbiq və xidmətlər yer alacaq.

Tətbiq proqramı hələ inkişaf mər­hələsində olsa da, xüsusilə “Galaxy” planşetləri və telefonları üçün maraqlı olacaq. 12 fərqli dil və 24 saat canlı söh­bət dəstəyi təqdim edəcək yeni mağaza əlçatanlıq baxımından istifadəçiyə daha faydalı olacaq. Yeni tətbiq bütün Android modelləri üçün mövcud olsa da, “Sam­sung”un dəstəyi olduqca əhəmiyyətlidir. 

Qeyd edək ki, “Google Play”də istifa­dəçi təhlükəsizliyi ilə bağlı son zamanlar geniş mübahisələr mövcuddur. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər