Ordubadda “Azərbaycan–Türkiyə ipək bağı”

post-img

Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan–Türkiyə ipək bağı” salınıb.

Naxçıvan Muxtar Respublikasında Azər­baycan Respublikası Prezidentinin səlahiy­yətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hö­kumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş kon­sulu Asip Kaya, Nax­çıvan Dövlət Universi­tetində təhsil alan türk tələbələr, eyni zamanda, rayonda vaxtilə bara­maçılıqla məşğul olan sakinlər Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən çox tut tingi əkiblər.

Səlahiyyətli nümayəndə rayonda vax­tilə baramaçılıqla məşğul olan sakinlərlə söhbət edib, xatirə şəkli çəkdirilib.

Tut tinglərinin əkilməsində məqsəd gələcəkdə muxtar respublikada barama­çılığın inkişaf etdirilməsinə töhfə vermək­dir.

 

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

Son xəbərlər