FHN yanğın-taktiki təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlər­də mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar ba­carıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barə­də biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmə­tinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəa­liyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yan­ğının söndürülməsi” əməliyyatını ye­rinə yetiriblər.

Uğurla icra olunan təlimdən son­ra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəa­liyyəti müzakirə olunub, müvafiq tapşırıq­lar verilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin 10 ədəd texnikası və 60 nəfərdən çox şəxsi heyəti cəlb olunub.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər