ABŞ və İsrail İran təhlükəsinə qarşı

post-img

Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrail dövlətinə səfər edib. Pentaqonun şefi ölkəsinin İsrail dövləti ilə strateji tərəfdaşlıqla bağlı öhdəliklərinə bundan sonra da sadiq qalacağını bildirib. 


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın müdafiə naziri ilə görüşərək onunla İrana qarşı birgə mübarizəni müzakirə edib. İsrail hökumətinin başçısı özünün “Twitter” səhifəsində yazıb: “Bu gün mən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdüm. Bizim ümumi məqsədimiz İranın nüvə silahı əldə etməsinə mane olmaq, İranın təcavüzünün qarşısını almaq, regionda təhlükəsizliyi və rifahı qorumaqdır”. 
Tərəflər son günlər İsraillə Fələstin arasında gərginliyin artmasından narahatlıqlarını da dilə gətiriblər. Pentaqonun şefi İsrail dövlətinin öz vətəndaşlarının təhlükəsizliyini qorumaq haqqı olduğunu vurğulayıb. 

 

Hazırladı:  
M.HACIXANLI, 
“Xalq qəzeti” 

Son xəbərlər