Avropa İttifaqı Ukraynaya yardımı artırır

post-img

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri dünən Stokholmda toplaşaraq Ukrayna qüvvələrini daha çox döyüş sursatı ilə təmin etmək məsələsini müzakirə ediblər.


İclasdan əvvəl jurnalistlərə açıqlama verən Estoniyanın müdafiə naziri Hanno Pevkur Aİ ölkələrini Ukraynaya sursat almaq üçün daha çox pul ayırmağa çağıraraq bu səylərin qitədə sənayenin potensialını artıracağını və gələcəkdə Aİ-nin təhlükəsizliyinə yardım edəcəyini deyib.
NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Ukraynada silahlara böyük tələbat var. Mövcud sursat istehsalının sürəti ilə müqayisədə cari istehlak nisbəti dayanıqlı deyil və buna görə də istehsal artırılmalıdır. 
Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell öz növbəsində bildirib ki, quruma üzv olan ölkələr mövcud ehtiyatlarını səfərbər edərək Ukraynanı tez bir zamanda sursatla təmin etməlidir. Borrell hazırda mövcud olan silahların göndərilməsinin bir neçə həftə ərzində həyata keçiriləcəyini deyib.

 

Hazırladı:  
M.HACIXANLI, 
“Xalq qəzeti” 

Son xəbərlər