BMT Baş katibinin taxıl narahatlığı

post-img

BMT-nin baş katibi Antonio Quterreş Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O, Rusiyanın Ukraynaya bir ildən çoxdur davam edən hücumunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.


“Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qorunmalıdır”,- deyə Quterreş Zelenski ilə danışıqlardan əvvəl bildirib.
BMT-nin Baş katibi Rusiyanın razılığı ilə Qara dəniz vasitəsilə Ukraynadan taxıl daşınmasının davam etdirilməsinin vacibliyini xüsusi qeyd edib. Xatırladaq ki, ötən ilin iyul ayından bəri Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib ki, onun böyük hissəsi yoxsul ölkələrə göndərilib. 
Lakin proqramın müddəti martın 18-də başa çatır, yeni razılaşma isə hələ əldə olunmayıb. Ən son məlumatlara görə, Türkiyənin müdafiə naziri Hulusi Akar bu məsələ ilə bağlı Rusiya tərəfi ilə artıq danışıqların başlandığını bildirib. 


Hazırladı:  
M.HACIXANLI, 
“Xalq qəzeti” 

Son xəbərlər