Türkiyə G-20 toplantısında

post-img

Dünən Nyu-Dehlidə “Böyük İyirmilik” (G-20) ölkələri XİN başçılarının görüşü keçirilib. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da toplantıda iştirak etmək üçün Hindistana gedib. Məlumatı “Anadolu” verib. 

Tədbirdə çıxış edən Ça­vuşoğlu deyib ki, BMT TŞ, ÜST, Ümumdünya Ticarət Təşkilatı və beynəlxalq ma­liyyə institutlarında genişmiq­yaslı islahatlar aparılmalıdır. Onun sözlərinə görə, Türkiyə çoxqütblü dünyanın möhkəm­lənməsində maraqlıdır. 

Tədbir çərçivəsində Ça­vuşoğlu RF XİN başçısı Ser­gey Lavrovla görüşüb. Görüş­də Suriya ətrafındakı vəziyyət, Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırıl­ması istiqamətində regionun maraqlı dövlətlərinin fəaliyyəti, eləcə də taxıl dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.

 

 Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər