İspaniyalı jurnalist: Avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər

post-img

Biz Azərbaycana ilk dəfədir səfər etmişik. Burada nəyin baş verdiyini görmək üçün gəlmişik. Biz burada insanların etiraz aksiyası keçirdiyini görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın-Xankəndi yolunda keçirilən ekoaksiya ərazisinə gələn ispaniyalı jurnalist David Lopez Frias Gordon söyləyib.

“Azərbaycandan bir çox insanlar bizə yayılan xəbərlərin yalan olduğunu söyləyirlər. Biz burada bunun bir daha şahidi olduq. Avtomobillər buradan maneəsiz şəkildə keçir. Biz, sadəcə, insanların təbiəti qorumaq üçün etiraz aksiyası keçirdiklərini görürük”, - deyə jurnalist vurğulayıb.

Son xəbərlər